SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Əyyub Vəli oğlu Məmmədov 2020-ci ildə Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.

BAKU.WS