SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistanın Baş naziri Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək.

Bu barədə BAKU.WS-ə Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq:

"Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir".

Qeyd edilib ki, səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək:

"Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir.

Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”.

BAKU.WS