SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

BAKU.WS xəbər verir ki, Samir Seyidəhmədli bu vəzifəyə təyin edilənədək İqtisadiyyat Nazirliyində çalışıb.

S.Seyidəhmədli iş karyerasına 2005-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyi) başlayıb.

O, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.

O, 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

2022-ci ildə o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini təyin edilib. 

BAKU.WS