SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir".

BAKU.WS xəbər verir ki, bu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tvitter səhifəsində bildirilib.

Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub:

"2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir".

BAKU.WS