SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq.

Yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.

BAKU.WS