SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazir bu barədə öz tvitter səhifəsində paylaşım edib:

“Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini vurğuladıq, həmçinin Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.

BAKU.WS