SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazir tviter səhifəsində məlumat verib.

“Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.

*** 14:45

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazir feysbuk səhifəsində paylaşım edib.

"Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşdük. #Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq", - deyə nazir qeyd edib.

BAKU.WS
QALEREYA