SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr başlayıb.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, məsləhətləşmələrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edir. Mediaya qapalı olan görüşdə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, prezidentlərin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.
 
Rusiya XİN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç həmsədr ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.
 
BAKU.WS