VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv və səmimi şəkildə danışıqlara qoşulacaq”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistanın ehtiyatsız hərəkətlərinə baxmayaraq, Azərbaycan maksimum təmkin, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və səmimi iradə nümayiş etdirib:

“12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur, bu kontekstdə ölən əsgərlərin qalıqlarını birtərəfli qaydada Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalaq Qırmızı Xaç Komitəsini məlumatlandırıb”.

BAKU.WS