SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə məşhur aparıcı Alidə Mustafayeva təyin olunub.

BAKU.WS Bizim.Media-ya istinadla xəbər verir ki, o, artıq vəzifəsinin icrasına başlayıb.

Məsələ ilə bağlı Alidə Mustafayeva ilə əlaqə saxlanılıb:

"Bu məsələ ilə bağlı söhbətlər var. Əmrimin gəlməsini gözləyirəm. Belə bir söhbət var və mən təkzib etmirəm. AzTV-dəki işimlə bağlı hələ dəqiq bir məlumat yoxdur. Bu səbəbdən indi sizə dəqiq bir məlumat verə bilməyəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, Alidə Mustafayeva illər əvvəl ATV-də, İTV-də və AzTV-də xəbərlər proqramını aparıcısı olub.

BAKU.WS