SİZİN REKLAM BURADA!
055 213 76 73


2-ci Qarabağ müharibəsi dövründə türk və Azərbaycan adları ilə ermənilərin özlərinə saxta hesablar yaradaraq azərbaycanlıların müxtəlif postların şərh bölmələrində təhqir olunması faktları aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabatında bildirilir. Bu cür troll hesabların açılmasının qarşısının alınması və onların şikayət edilərək silinməsi üçün də müxtəlif tədbirlər görülüb.

"Bu kimi məsələlərdə tərkibində “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələri birləşdirən “Facebook” şirkətində çalışan erməni əsilli şəxslərin köməyindən istifadə olunub və bu hallar davam edir. Həmin erməni əsilli əməkdaşlar video-müraciətlər vasitəsi ilə ermənilərə azərbaycanlılara məxsus hesablarının bağlanılması barəsində yardım edəcəklərini bildiriblər", - deyə hesabatda bildirilir.

BAKU.WS