SİZİN REKLAM BURADA!
055 213 76 73


Əsrlər boyu aparılan nifrət siyasətinin nəticəsi olaraq azərbaycanlılara qarşı qəsdən dözümsüzlük yaradan Ermənistan hərbi-siyasi hakimiyyəti bu nifrəti mətbuat və sosial mediada davamlı olaraq təbliğ edib.

BAKU.WS xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabatında bildirilir. 

Hesabatda azərbaycanlıların ləyaqət və şəxsiyyətini alçaldan müxtəlif tipli karikaturaların və cizgi filmlərinin hazırlanaraq yayımlanması və həmin kontentin dəfələrlə şəxsi hesablardan paylaşılması nifrət hissinin daha da dərinləşməsinə səbəb olduğu qeyd olunur.

"Bundan əlavə, müxtəlif sosial şəbəkələr, o cümlədən “TikTok” sosial şəbəkəsində nifrət nitqi ehtiva edən müxtəlif videolarda azərbaycanlıların alçaldılması və qəsdən qıcıqlandırılması müşahidə olunub. Həmçinin o da qeyd olunmalıdır ki, müxtəlif vaxtlarda, əsasən 2-ci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə kimi böyük şəhərlərin Ermənistan hərbi-siyasi hakimiyyətinin göstərişi ilə qadağan olunmuş silahlardan hücuma məruz qoyulması zamanı “Instagram” və “Youtube” sosial şəbəkələrindəki canlı yayımların şərh bölmələrində öldürülən və yaralanan azərbaycanlıların alçaldılması və hətta bundan zövq alınması ifadə olunub", - deyə hesabatda bildirilir.

BAKU.WS