Hansı üstündür: KAAN, yoxsa "F-35"?

Hansı üstündür: KAAN, yoxsa F-35?
Video
Siyasət 81

Baku TV-də yayımlanan "Aktual gündəm" verilişində millət vəkilləri Hikmət Babaoğlu və Elman Nəsirov arasında Türkiyənin milli döyüş təyyarəsi KAAN və ABŞ istehsalı "F-35" qırıcıları ilə bağlı mübahisə yaşanıb.

Müzakirə zamanı əsas sual bu olub: Türkiyənin KAAN təyyarəsi "F-35" səviyyəsinə çata bilərmi və hazırkı texniki göstəricilərə görə hansı qırıcı daha üstündür?

Verilişdə çıxış edən Hikmət Babaoğlu bildirib ki, bu müqayisə emosional deyil, texniki göstəricilər əsasında aparılmalıdır:

"Biz Türkiyəni çox sevirik. Hamımız çox istəyərdik ki, KAAN "F-35"dən də güclü olsun. Amma göstəricilərini də deyin, tamaşaçılarımız bilsinlər ki, hansı texniki parametrlər var. Yalan danışmaq olmaz camaata".

Elman Nəsirov isə məsələyə daha çox geosiyasi və keçid dövrü baxımından yanaşıb.

Onun sözlərinə görə, Türkiyənin "F-35"ə marağı KAAN layihəsinin zəifliyi kimi yox, müdafiə sənayesinin inkişaf mərhələsi kimi qiymətləndirilməlidir:

"F-35" Türkiyəyə lazımdır, çünki modern silahdır. "F-35"ə sahib olmaq gələcəkdə KAAN-ı daha da güclü edə bilər".

Son xəbərlər