SİZİN REKLAM BURADA!
055 213 76 73


Z.Tağıyevin heykəlində ən zəif yer təsbehdir.

BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında heykəli hazırlayan Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Onun sözlərinə görə, artıq heykəldən qoparılan təsbeh bərpa olunub:

“Səhərə qədər yatmamışam, ustalarla birgə yenidən bərpa etdik. Artıq heykəl tam hazır vəziyyətdədir”.

Xalq rəssamının sözlərinə görə, heykəl elə metaldan hazırlanıb ki, əsrlər boyu qala bilər:

“Hansısa vandallar dünən heykəlin təsbehini sındırıb. Təsbeh heykələ iki nöqtədə birləşib - bu, yeganə zəiflikdir. Onlar da təsbehi qırıblar. Artıq hadisəni törədənlər saxlanılıb”.

Qeyd edək ki, ötən gün naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurublar. Bu gün səhər saatlarında zərər vuran şəxslərin kimlikləri müəyyən edilib.

BAKU.WS