Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, abidə mərhum rəssamın üçhissəli "Odlar yurdu" rəsm əsəri əsasında hazırlanıb.
Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri, sol tərəfində "Atəşpərəstlərin məbədi", sağında isə Qız qalasının təsviri yer alır.
"Odlar yurdu" rəssamın yaradıcılığında xüsusi yerə malikdir.
Qəbirüstü abidənin müəllifi Tahir Salahovun 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Tahir Salahov isə 2021-ci ilin 21 mayında 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib.
O, I Fəxri xiyabanda dəfn olunub.
Qalereya
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...