Xalq artisti Nuriyyə Əhmədovanın anadan olmasından 75 il ötür
Bu gün mərhum Xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür. Onun anadan olmasından 75 il ötür.
Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda doğulub.
1970-1974-cü illərdə M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk dəfə sənət fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
2007-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. "Yuxu", "Ölsəm... bağışla", "Ömrün yolları", "Özgə ömür", "Sahilsiz gecə", "Söhbətül-əsmar", "Su bulandıranlar", "Süd dişinin ağrısı", "Sükut pozuntusu", "Şahid qız", "Şirbalanın məhəbbəti", "Təhminə", "Tək olanda qorxma...", "Telefon macəraları", "Təxribat", "Tutuquşu", "Ümid", "Vərdiş" "Bəxt üzüyü" və başqa filmlərdə rol alıb.
2014-cü ilin sentyabrında aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Əli İslamzadə vəfat edib. Bu, onun ikinci övlad itkisidir. Ondan bir az əvəl aktisanın qızı faciəvi şəkildə həyat yoldaşı tərəfindən öldürülüb.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə ürək tutmasından Bakıda vəfat edib. Aktrisa vəsiyyətinə uyğun Şüvəlan qəbiristanlığında oğlu və qızının məzarlarının yanında dəfn olunub.
Qalereya
Oxşar xəbərlər
Xalq artisti Əminə Dilbazinin doğum günüdür
Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin doğum günüdür. Onun anadan olmasından 106 il ötür. Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci il dekabrın 26-da Qaz...