Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının ("Töhfə", "Getmə amandır", "Yavaş-yavaş" və "Bayram şamları") "YouTube"da erməni musiqisi kimi təqdimatının qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ş.Ələkbərovanın ifasında videolentə alınmış "Töhfə" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)", "Getmə amandır" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.", "Yavaş-yavaş" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 12. Şövkət Ələkbərova (rare)" və "Bayram şamları" mahnısının "Armenian music, Caucasian (Torkish languge) Music 13. Şövkət Ələkbərova (rare)" adı ilə erməni musiqi nümunəsi kimi "YouTube"un "BehrooZ Abshar" səhifəsində yerləşdirildiyi araşdırma zamanı müəyyən edilib.
Qeyd olunub ki, mərhum müğənninin "YouTube"da əmlak hüquqlarının idarəçiliyini Bakıda fəaliyyət göstərən "Mikpro" MMC həyata keçirir. Əqli Mülkiyyət Agentliyi həmin şirkəti işə cəlb etməklə görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan dörd video "YouTube"un "BehrooZ Abshar" səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "YouTube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ş.Ələkbərovanın ifa etdiyi "Yar gəldi yar" mahnısının "YouTube"un "BehrooZ Abshar" səhifəsində erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb və silinməsinə nail olunub.
Oxşar xəbərlər
Vaqif Səmədoğlunun ad günüdür
Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun ad günüdür. BAKU.WS xəbər verir ki, Vaqif Səməd oğlu Vəkilov 1939-cu ilin bu günü, yəni...
