Ramiz Rövşənin səhhətində problem yarandı - AYB-dən açıqlama
Bir müddətdir Ramiz Rövşənin ayağında problem yaranıb. Onun hərəkət etməsi ağırlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Xalq şairi Ramiz Rövşənin səhhətində yaranan problemə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xalq şairi yaxın günlərdə xəstəxanaya müraciət edəcək.
Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
2019-cu ildə Azərbaycan Respublikasının Xalq şairi adına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür.
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...