Monqolustan UNESCO-nun qeyri-maddi irs siyahısında "Novruz" nominasiyasına qoşulub

Monqolustan UNESCO-nun qeyri-maddi irs siyahısında Novruz nominasiyasına qoşulub
Mədəniyyət 217

Monqolustan UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında "Novruz" nominasiyasına qoşulub.

Bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.

Beləliklə, Azərbaycan daxil olmaqla 12 ölkəni birləşdirən bu dosyedə artıq 13 ölkə təmsil olunur.

Qeyd edək ki, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkmənistanda "Arşın mal alan" tammetrajlı bədii filminin nümayişi olub

Türkmənistanda "Arşın mal alan" tammetrajlı bədii filminin nümayişi olub

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Arşın mal alan" tammetrajlı bədii filminin nümayişi olub. Bu barədə BAKU.WS-ə Mədəniyyət N...

22 Mədəniyyət 17:53 07 iyun 2026

Son xəbərlər