Latın əlifbasına keçid və böyük itkilər: Tarixi qurultaydan sonra nələr yaşandı?
"100 il əvvəl Bakıda çox mühüm hadisə baş verdi. İlk dəfə Birinci Türkoloji Qurultay keçirildi və bu qurultayın qərarları türk xalqlarının sonrakı taleyində vacib rol oynadı".
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, bu qurultayın müsbət cəhəti latın əlifbasına keçilməsi oldu:
"Həmin dövrdə elə fikirləşirdilər ki, latın əlifbası ərəb əlifbasından daha əlverişlidir. Türk xalqları, o cümlədən Türkiyə latın əlifbasına keçdi. Daha sonra Stalinin hökmü ilə məcbur olub, kiril əlifbasını qəbul etdik. Ölkələrimiz müstəqil olduqdan sonra isə yenidən latın əlifbasına keçdik".
Xalq yazıçısı həmçinin sözügedən qurultayın nümayəndələrinin əksəriyyətinin repressiya qurbanı olmasını təəssüflə qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...