Jamal Gasımovun "Danış" çağırışına tanınmış simalar da qoşuldu

Jamal Gasımovun Danış çağırışına tanınmış simalar da qoşuldu
Video
Mədəniyyət 89

Gənc və zövqlü ifası ilə seçilən Jamal Gasımov Milli Sevgililər Günündə yeni işi ilə dinləyicilərini təkcə musiqiyə deyil, ekran qarşısına da dəvət edir.

"Danış" adlı yeni layihə sadəcə klip deyil, bir məhəllənin, bir sevginin və bir-birindən rəngarəng obrazların hekayəsidir. Yaxud da mahnı ilə yanaşı təqdim olunan klip güclü aktyor heyəti və kino üslubunda qurulan süjeti ilə diqqət çəkir. Klipdə Azərbaycanın tanınmış simaları bir araya gəlib.

Ekran işində Əməkdar artistlər Elza Seyidcahan və Bəhram Bağırzadə, eləcə də Nicat Rəhimov, Dilarə Kazımova, İlqarə Kazımova, Mehin Hümbətova, Emin və Emil Nəsirov qardaşları, Amir Paşayev, Rahib Mirzoev və Melay Şafi fərqli obrazlarda çıxış edərək hekayəyə öz rənglərini qatıblar.

"Yeni Avaz" layihəsindən tanıdığımız Jamal Gasımov və Könül klipin baş qəhrəmanlarıdır. Onların ekran tandemi mahnının emosional xəttini tamamlayaraq tamaşaçıya səmimi və yaddaqalan bir sevgi hekayəsi təqdim edir.

Mahnının sözləri Hilal Rzayevə, musiqisi isə Jamal Gasımov və Mila Milesə məxsusdur. Layihənin rəhbəri Fərid Dadaşov, icraçı prodüserləri Fərid İsmayılov və Aysel Mehrəliyeva, rejissoru isə Delee Orucludur.

Milli Sevgililər Gününə özəl təqdim olunan "Danış" artıq bütün musiqi platformalarında və video formatında dinləyici və izləyicilərin ixtiyarına verilib.

Bəzən bir "Danış" demək kifayətdir… Gerisini ürəklər danışır….

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər