Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi
Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi ABŞ-də Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev məlumat yayıb.
ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan "Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim" ("Nationally Certified Teacher of Music - NTCM") titulunun sahibidir.
Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il "Florida Keys" adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...