Bakıda "Polşanın görkəmli qadınları" sərgisi açılıb
05
noy
2024
20:51
Bakıda Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Polşanın görkəmli qadınları" sərgisi açılıb.
"Report" xəbər verir ki, açılış zamanı səfir vəzifəsini müvəqqəti icra edən Mixal Qreçilo çıxış edib.
O qeyd edib ki, Polşa tarixində əlamətdar iz qoymuş qadınlardan bəhs edən sərginin keçirilməsi azərbaycanlıların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək.
Qreçilo, həmçinin qısaca bu qadınların həyat hekayələrini danışıb, onların Polşa xalqının indiki nəslinin formalaşmasındakı mühüm töhfələrini vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Bu gün Çingiz Abdullayevin 67 yaşı tamam olur
Bu gün dünyaşöhrətli yazıçı, nasir, publisist Çingiz Abdullayevin doğum günüdür. Onun 67 yaşı tamam olur. Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda doğulu...