Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi sabah, 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.
***16:27
Xalq yazıçısı Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə Azərbaycan Yazıçılar İttifaqından bildirilib.
Xatırladaq ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.
***16:25
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yazıçı bu gün dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb
Mədəniyyət naziri Adil Kərimlinin Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi müəyyənləşib. Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyində...