"Avroviziya 2025"in qalibi məlum oldu: Avstriya zirvəyə yüksəldi
18
may
2025
08:47
İsveçrənin Bazel şəhərində təşkil olunan 69-cu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində qalib Avstriya oldu.
BAKU.WS xəbər verir ki, ölkəni təmsil edən 24 yaşlı ifaçı JJ (Yohannes Pieç) "Wasted Love" adlı emosional balladası ilə həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq birinci yerə layiq görülüb. JJ ümumilikdə 436 xal toplayaraq yarışmanın zirvəsinə qalxıb.
Yekun nəticələrə əsasən, ikinci yeri İsrail 357 xalla, üçüncü yeri isə Estoniya 356 xalla tutub.
Qeyd edək ki, JJ müsabiqə başlamazdan əvvəl də favori iştirakçılar sırasında göstərilirdi.
Oxşar xəbərlər
Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır"
"Bu layihə yalnız əyləncə xarakteri daşımır, həm də yerli sirk sənətinin dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Əsas hədəf milli ənənələri qoruyaraq a...