Anar Ələkbərov Xalq rəssamı Ömər Eldarovu evində ziyarət edib
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.
BAKU.WS xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"98 - kimsə üçün sadəcə bir rəqəmdir. Ömər müəllim üçün isə bu, nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur.
Bu illəri Siz şərəf və ləyaqətlə yaşamısınız - təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.
Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun.
Doğum gününüz mübarək, Sənətkar!", - paylaşımda deyilir.
Qalereya
Oxşar xəbərlər
Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaqla bağlı reabilit...