SİZİN REKLAM BURADA!
055 213 76 73


Operativ Qərargahın brifinqi ilə bağlı hazırladığı videoları ilə geniş tamaşaçı kütləsi toplayan aktyor və rejissor Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.

BAKU.WS-in məlumatına görə, bu barədə o,"facebook" hesabında yazıb:

“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları. Allah Sizi qorusun. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev avqustun 15-də Operativ Qərargahın brifinqində Ərtoğrul Kamalovun fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etmiş və onu Prezident Administrasiyasına (PA) görüşə dəvət etmişdi.

BAKU.WS