SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda keçirilən "Jara" beynəlxalq musiqi festivalının tarixi bəlli olub.

BAKU.WS xəbər verir ki, festivalın təşkilatçısı Xalq artisti Emin Ağalarov bununla bağlı açıqlama verib.

O, beşinci dəfə təşkil ediləcək festivalın 29 iyul-2 avqust tarixlərində gerçəkləşəcəyini bildirib. 

"Jara"nın qala açılışı 29 iyulda olacaq. 

Festivalın biletləri artıq satışa çıxarılıb.

Bununla yanaşı qeyd edib ki, pandemiya səbəbindən təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə festival avqustun sonuna ya da gələn ilə keçiriləcək.

Aysel
BAKU.WS
VİDEO