SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya Etnoidman Konfederasiyasının sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub.

Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.
BAKU.WS
QALEREYA