SİZİN REKLAM BURADA!
055 213 76 73


Bilal Ərdoğan Gədəbəydə festivala qatılıb.

BAKU WS
-nin bölgə müxbirinin verdiyi məlumata görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunan tədbirdə yerli icra hakimiyyətinin rəhbərliyi, Kənd Təsərrüfatı naziri İnam Kərimov, TİKA rəhbərliyi, Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Erdoğan, siyasi və ictimai xadimlər iştirak edib.

Milli Yaylaq Festivalı rayonun Miskinli yaylağında keçirilir. Festivala 16 ölkədən nümayəndələr qatılıb. 3 gün davam edəcək festival çərçivəsində əski xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri hazırlanacaq, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq.

İlham Məmmədov
BAKU.WS
VİDEO