SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün azərbaycanlı şair Baba Pünhanın vəfatından 20 il ötür. 

Mədətzadə Atababa Seyidəli oğlu (Baba Pünhan) 1948-ci il noyabrın 5-də Bakıda Kürdəxanı qəsəbəsində doğulub.

1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib.1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyunda texnikumu bitirib, avqustda Bakı Metropolitenində mexanik işləməyə başlayıb.

1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13–14 yaşında ikən yazıb.

Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.Dövründə baş verən haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə etiraz edib.

2 il müddətində "Zarafat" qəzetində çalışıb. Əsərləri həmçinin "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində də çap olunub.1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub.

1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.

1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib.Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.

2004-cü ilin aprelin 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyindən əməliyyat olunub.2 gün sonra evə qayıdan şairin aprelin 8-də səhər yenidən halı pisləşib və o koma vəziyyətinə düşüb.

9 gün komada süni nəfəsvermə ilə saxlanılıb.2004-cü il aprelin 17-si ürəyi süni nəfəsdən imtina edib. 55 yaşında vəfat edən Baba Pünhan Kürdəxanı qəsəbəsində torpağa tapşırılıb.

BAKU.WS