SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun son günü başa çatıb.

"Report" xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forum Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutub.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində, digər iki günü isə Bakıda "Gülüstan" sarayında keçirilib.

***11:33

Gülüstan sarayında Azərbaycan dili və ədəbiyyatı Forumunun üçüncü günü başlayıb.

"Report" xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub.

BAKU.WS
QALEREYA