SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BMT-nin açıqladığı statistikaya görə, hər il 7,6 milyon insan xərçəngdən həyatını itirir.
 
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu, xərçəngdən ölənlərin sayının HIV/AIDS, vərəm və malyariyadan ölənlərdən daha çox olduğunu göstərir.  Mütəxəssislər xəbərdarlıq ediblər ki, müalicə üsulu tapılmadığı təqdirdə 2030-cu ildən etibarən dünyada hər il 13 milyon insanın ölüm səbəbi xərçəng olacaq.
 
Xərçəng əsasən, inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə ölümə səbəb olur. Bu isə belə ölkələrdə xəstələrə diaqnozun gec qoyulması ilə bağlıdır.
 
BAKU.WS