SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) BAKU.WS-ə verilən məlumata görə, Bakıda səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacaq.
 
BAKU.WS