SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Ohayo ştatında yaşayan 42 yaşlı Nannett Hammond "Barbi” kuklalarına bənzəmək üçün bu günədək 500 min dollar xərcləyib. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 5 uşaq anası olan qadının çoxlu sayda plastik əməliyyat etdirdiyi bildirilir. Əvvəlki görünüşü ilə indiki arasında çox fərq olan Nannet 70 yaşına kimi əməliyyatdan imtina etməyəcəyini deyib. Nannet bu günə kimi 3 dəfə sinə əməliyyatı, dodaq şişirtmə, botoks, yarıqalıcı makiaj və bir neçə müdaxilə ilə barbiyə bənzəməyə çalışıb.
 
Instagramda 31 min izləyicisi olan N.Hammondun fotolarını həyat yoldaşı Deyv və uşaqları çəkir.
 
Hammondun həyat yoldaşı xanımın bu həvəsinə görə illərdir sərvət xərclədiyini, ancaq onun çox gözəl həyat yoldaşı və ana olduğunu bildirib. 
 
Estetik əməliyyatlara olan marağına görə Nannett 24 yaşında tibb bacısı kimi işlədiyini deyib:
 
"Estetik əməliyyat etdirən xəstələr əmliyyatdan sonra elə xoşbəxt görünürdülər ki, məndə də həvəs yarandı. Estetikdən imtina edə bilmərəm, iynələr mənə rahatlıq verir, özümü rahat və xoşbəxt hiss edirəm. Bilirəm ki, arxamca danışırlar, məni buna görə qınayırlar. Amma bütün bunlar mənim vecimə deyil. Özümü çox xoşbəxt hiss edirəm".

Nannett Hammond "Barbi" fanatı olduğunu bildirib. Onun çoxlu sayda "barbi" oyuncaqları var.
 
BAKU.WS