SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə Silahlı Qüvvələri Boeing şirkətilə 2006-cı ildə hərbi maşınlarınalınması üçün müqavilə bağlayıb.


BAKU.WS
-in məlumatına görə, Türkiyə Quru Qoşunları və Xüsusi Təyinatlılar Komandanlığının müqavilə əsasında Boeing şirkətinə "Chinook” helikopterlərini sifariş edib.

Həmin zirehli helikopterlərinin yaxın günlərdə Türkiyə Silahlı Qüvvələrinə göndəriləcəyi bildirilib.

Qeyd edək ki, 6 ədəd sifariş olunan, "CH-47F” tipli ağır nəqliyyat helikoptellərinin baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə təşkil edilən Müdafiə Sənaye İcra Komitəsinin iclasında daha 5 ədəd sifariş edilməsi haqqında qərar qəbul edilib. Onlardan biri Prezident Administrasiyasına təhvil veriləcək. Bu helikoptellər dövlət rəsmilərinin fəaliyyətində istifadə ediləcək. 55 əsgər daşıya biləcək, bu helikoptellər hər cür hava şəraitində ağırtonnajlı hərbi vasitələrin daşınmasını həyata keçirə bilir.

Ziya Babayev
BAKU.WS