SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Rüfət Quliyev yaxın günlərdə oğlu üçün toy edəcək.

BAKU.WS
oxu.az-a istinadən xəbər verir ki, deputat bildirib ki, başı toy hazırlıqlarına qarışdığından istiraahət edə bilməyib.

"Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm”.

R. Quliyev deyib ki, bir oğlunun toyu olub və həmin toy çox qapalı formada keçib: "Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.

Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir”.

BAKU.WS