SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyaca məşhur pop ulduz Maykl Ceksonun 100-ə yaxın rəsm əsərindən ibarət kolleksiya keçmiş müstəntiq Josef McBratney tərəfindən toplanıb.

BAKU.WS xarici kivə istinadən məlumat verir ki, Joe Brat ləqəbi ilə tanınan Josef McBratney topladığı kolleksiyaları ehtiyacı olan uşaqlara yardım məqsədi ilə satışa çıxaracağını deyib. O bildirib ki, Maykl Ceksonla yanaşı, "The Beatles” qrupunun, şahzadə Diananın, Avraam Linkolnun, Çarli Çaplinin, Bart Simpsonun, "Peter Pan”ın, "Mickey Mouse”un, "Snoopy” və "Garfield”in karandaşla çəkilmiş şəkillərini də satışa çıxarılacaq.

Josef onu da bildirib ki, Maykl Ceksonun çəkdiyi rəsm əsərlərinin üzərində imzası var və bu imza ABŞ-ın Müəllif Hüquqları Mühafizəsi Bürosu tərəfindən təsdiqlənib.
 
BAKU.WS