SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “106 FM" radiosunun fəaliyyətə başlamasından 20 il ötür.

Radio öz fəaliyyətinə 1999-cu ilin 5 mart tarixindən başlayıb. Ən son hitləri, gündəlik müsabiqələri və hədiyyələri ilə dinləyicilərin əhvalını yüksəldən “106 FM" bir-birindən maraqlı verilişləri ilə izləyicilərinin rəğbətini qazanıb.

Hər iş günü saat 08-00-dan 10-00-a dək “Primetime” verilişi DJ Nailə və Nicatın təqdimatında dinləyicilərə təqdim olunur. Veriliş zamanı hər həftə dünyanın müxtəlif şəhərlərinə biletlər oynanılır. Hər iş günü saat 12-00 dan 14-00-a kimi Dj Validin təqdimatında kinoya biletlər və restorana nahar kuponu əldə etmək mümkündür.

17-30 dan 20-00-a kimi Emin Quliyevin təqdimatında Fond Birjaları və Maliyyə bazarları haqqında analitik “İnvestor” verilişi dinləyiciləri xəbərdar edir. 20-00-dan 21-00 a kimi Dj Yusifin təqdimatında “106 House” verilişində məşhurların həyat və tarixçələrindən bəhs edilir. Şənbə günləri saat 12-00 da Dj Yusif “TOP 20” verilişində həftəboyu səslənən və hit seçilən 20 mahnını dinləyicilərə təqdim edir.

Hər gün axşam saat 22-00 da DJ Elax-ın təqdimatında son hitlərin 1 saatlıq miksləri səslənir. “106 FM" radiosu hal hazırda Bakı və Abşeron ərazisində yayımlanmaqdadır.

BAKU.WS