Türkiyənin Kayseri şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

BAKU.WS 
xəbər verir ki, keçirilən əməliyyat nəticəsində biri Türkiyə vətəndaşı, 9-u əcnəbi olmaqla 10 qadın saxlanılıb.

Əməliyyat zamanı bu qadınları fahişəliyə cəlb edən beş nəfər - S.A. Ş.Ö. adlı qadınlar və E.Y. M.T. ve R.T. kişi barəsində cinayət işi başlanıb.

Onlar Azərbaycan, İran və Gürcüstan vətəndaşları olan bu qadınları iş vədi ilə aldadaraq Kayseri şəhərinə aparıblar. Pasportlarını aldıqdan sonra onlara sənəd imzaladaraq fahişəliyə məcbur ediblər.

Əməliyyatdan sonra insan alverinin qurbanı olan xarici vətəndaşlar Miqrasiya İdarəetmə Mərkəzinə göndərilib.

Əməliyyat zamanı çəkilmiş görüntüləri təqdim edirik:
 
Zülfiyyə Qurbanova
BAKU.WS