SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq 10-ilə yaxın davamlı inkişaf etməkdə olan North West mebel fabriki yeni mebel məhsullarının dizaynını, istehsalını həmçinin interyer həllərini təklif edir.


BAKU.WS xəbər verir ki, 26 oktyabr 2018-ci il tarixlərində 22 ölkədən (Azərbaycan, Almaniya, İtaliya, Danimarka, Polşa, Çexiya, Yunanıstan, Çin, BƏƏ, Rusiya, Ukrayna, Türkiyə, Belarusiya, Qazaxıstan və s.) 301 şirkətin iştirak etdiyi, Bakı Expo Mərkəzində keçirilən “Caspian Beynəlxalq Mebel, İnteryer və Dizayn” sərgisində, North West mebel fabriki ziyarətçilərini öz pavilyonunda qarşılamaqda davam edir.

Sərginin girişində, Mebel fabrikinin 2 pavilyonunda “Made in Azerbaijan” adı altında sərgiyə çıxarılan xüsusi dizaynla hazırlanmış, ekoloji təmiz, təhlükəsiz və sertifikatlaşdırılmış, dünyanın müxtəlif ölkələrindən gətirilmiş xammal ilə, müasir avadanlıqlardan istifadə etməklə, 100% əl işləri olan, müxtəlif ölçü və həcmdə hazırlanan, avanqard, klassikmodern üslubda, ölkənin ən iri və qabaqcıl layihələrində, otellər, iş mərkəzləri, universitet binaları, hospitallar, restoranlar, fərdi evlərmənzillərdə istifadə olunan mebel və interyer məhsulları:

müasir yanğına davamlı qapılar, oturacaqlar, yataq otağı dəstləri, mətbəx dəstləri, masa dəstləri, divan dəstləri, aksessuarlar və s. sərgi ziyarətçilərinə təqdim edilib.

100-dən çox işçi heyəti peşəkar yerli və xarici, memar və dizaynerlərin çalışdığı, məşhur italyan və digər Avropa dizaynerləri ilə işbirlikləri nəticəsində fabrik Azərbaycandan və xaricdən iri həcmli sifarişlər qəbul edərək mebel və interyer məhsullarını sifarişçilirə çatdırır. Həmçinin sərgi zamanı North West mebel fabriki mebel və interyer məhsullarının hazırlanması üçün bir sıra yerli və xarici ölkələrin şirkətlərindən sifarişlər alınıb.

North West mebel fabriki yaxın zamanda istehsal əhatəsini genişləndirərək məhsullarını ölkədə və ölkə xaricində öz mağazasında fərdi istehlakçılara təqdim etməyi planlaşdırır.

Sonda onu da qeyd etmək istərdik ki, sərgi ziyarətçilərnin xüsusi marağını cəlb edən North West mebel fabriki pavilyonu “Sərginin ən Orijinal Pavilyonu” nominasiyasında qalib gələrək sərgi təşkilatçıları tərəfindən sertifikatlandırılıb.

BAKU.WS