SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BAKU.WS bu günün qoroskopunu təqdim edir:

Qoç - ciddi problemləri götür-qoy etmək üçün münasib gündür. Situasiyanı analiz etmək, başqalarının nəzərdən qaçırdıqlarını görmək iqtidarındasınız. Vacib işlərlə məşğul olmaq, uzunmüddətli təsiri olan qərarlar vermək olar. Həm öz gücünüzü, həm yaranan şəraiti düzgün qiymətləndirirsiniz. Bundan uğurlu gün ola bilməz. 

Buğa - məhsuldar və maraqlı gündür. Özünüzə qapanmayın. Daha çox gəzərək alış-veriş edin. Qarderobunuzu zənginləşdirin. İnsanlarla ünsiyyətdə olun. Gün bunu deməyə əsas verir. 
 
Əkizlər – Uğurlu gün deyil. Özünüzə inam hissə sizi tərk edib. Bir qədər inamınızı artırmalısınız. Günün ikinci yarısı daha düşərli olacaq. 
Xərçəng - yaxşı, asan gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. 
 
Xərçəng - yaxşı, asan gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. Vacib qərarları asanlıqla verirsiniz - siz, sadəcə olaraq, intuisiyanızı dinləyirsiniz, onlar da səhvsiz alınır. Ətrafdakılarla münasibətlər ahəngdardır. Asanlıqla gözəl təəssürat yaradır, insanların rəğbətini qazanırsınız. Yaxın zamanda həyatınızı dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.

Şir - Qeyri-adi gündür, onu uzun müddət unutmayacaqsınız. O qədər gözəl imkanlarınız yaranır ki, şəraiti və öz qüvvənizi düzgün qiymətləndirmək sizə çətindir. Çox mürəkkəb işlərə girişir, inanılmaz hadisələrin girdabına düşürsünüz. Elmi fəaliyyətdə çox böyük uğurlarınız da istisna deyil. Maraqlı tanışlıqlar, başgicəlləndirici romantik tanışlıqlar mümkündür. 

Qız - İş üçün əla gündür. Həm cari işlərin öhdəsindən asanlıqla gələcək, həm də peşəkar mövqeyinizi bərkidəcək, nüfuzlu şəxslərin dəstəyinə nail olacaqsınız. Danışıqlar məhsuldar keçir, ortaqlarınız sizin bilik və təcrübənizə şübhə etmirlər. Bəzi Qızlara çox maraqlı və perspektivli bir layihədə iştirak təklif olunacaq. Yaxınlarınız üçün hədiyyə almağınız məsləhət deyil: çətin ki, düzgün seçim edəsiniz.

Tərəzi - Bir çox cəsarətli ideyalarınızı həyata keçirə bilərsiniz. Əsas odur ki, tələsməyəsiniz. Siz qəti addımlar atmaq, bütün əlaqələri qırmaq niyyətindəsiniz, amma şərait tam tərsini tələb edir. Güclü hisslər bəslədiyiniz insan barədə bu gün vacib məlumatlar öyrənə bilərsiniz. Aldığınız məlumatı sakitcə analiz etməyə çalışın, tələsik qərarlar verməyin. Romantik münasibətlərə gəlincə, burada siz bir qədər bədbinsiniz, nə etmək olar, şübhələriniz əsassız deyil.

Əqrəb - Təxribata uymayın. Zəifliklərinizə boyun əyməyin, əgər sakit, soyuqqanlı, ehtiyatlı olmasanız, üstündə əsdiyiniz münasibətləri korlayacaqsınız. Heyvanlarla ünsiyyət, pişiklərlə, itlərlə oyun, at üstündə gəzinti emosional durumunuza müsbət təsir edər. Enerjiniz azdır, baş ağrısı, yuxusuzluqdan əziyyət çəkməyiniz mümkündür. Xroniki xəstəlikləriniz də güclənə bilər. 

Oxatan - Pis əhval-rühiyyəni özünüzdən mümkün qədər kənarlaşdırın. Əgər qanınızın qaralmasına imkan versəniz, çox ciddi problemləriniz yaranacaq. Yaxınlarınızla münasibətləriniz yaxşı ola bilər: lazımsız məsləhətlər və qeyri-konstruktiv tənqidlərinizi özünüzdə saxlayın.

Oğlaq - Həllini tələb edən bir sıra problem yaranır. Sakit olmaq çox çətindir. Üstəlik, əvvəlcədən tərtib etdiyiniz plana riayət etmək də asan deyil. Tez-tez işinizdən ayrılmaq sizi qıcıqlandırır. Nüfuzlu şəxslərlə, dövlət idarələrinin işçiləri ilə təmaslar məsləhət deyil. Yaradıcı potensialınız yüksəlir. Bir çox Oğlaqlar özlərində xeyli istedad kəşf edəcəklər.

Dolça - Nahamar, mürəkkəb gündür. Səhərçağı ruh yüksəkliyi hiss edəcək, çox mürəkkəb bir işin qulpundan yapışacaqsınız. Təəssüf ki, bundan sonra müsbət tendensiyaların təsiri öləziyəcək, çətinlikləriniz yaranacaq. Bunlarla mübarizə aparmaq üçün gücünüz isə tükənəcək. Ancaq şəraiti düzəltmək şansı var: sakitcə hər şeyi götür-qoy edin. Həmçinin müdrik və təcrübəli insanların məsləhətlərini dinləyin. 

Balıqlar - Daxili səsinizi dinləyin - o, dəqiqdir, sizə nəyi necə etmək lazım olduğunu vaxtında deyir. Çox az məlumata malik olmağınıza baxmayaraq, müəyyən işlərdə düzgün qərarlar verəcəksiniz. Vacib sənədlərə imza ata, yeni əməkdaşlığa başlaya bilərsiniz. İstənilən vacib görüş yaxşı keçir, həm şəxsi, həm də işgüzar. Yaxınlarınızı sevindirə, onların həyatını daha maraqlı edə bilərsiniz.

BAKU.WS