SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Günə doğru” verilişində sellofan torbalar haqda sujet efirə gedib.

Əvvəllər daha çox parça və kağızdan hazırlanan torbalar bu gün sellofan torbalarla əvəz olunub. Hətta 10-15 dəqiqə istifadə etdiyimiz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik. Küçələrdə, bazarlarda, market və mağazalarda, bir sözlə hər yerdə satılan polietilen torbalar çox ucuz qiymətə təklif edilir, əskər zaman da pulsuz verilir. Lakin, sellofan torbaların fəsadlarından bir çoxları xəbərsizdir.

Bu cür torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa keçir. Ərzaq vasitəsilə isə də insan orqanizminə. Şəffaf paketlər isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir və ərzaqla reaksiyaya girir.

Həkimlərin sözlərinə görə, təbii olmayan hər bir şey insan orqanizminə ziyandır, xüsusilə də plastikdən hazırlanan məhsullar...

Həkim Hüseyn Sultanov bu sellofanların əksəriyyətinin neft məhsullarından alındığını və təkrar emaldan gələnlərin isə daha təhlükəli olduğunu deyir. Həkimin sözlərinə görə, bu da qan-damar problemlərinə gətirib çıxarır”.

Təxminən 5 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya da fəaliyyət göstərir.

Bu torbaların həyatımıza nə qədər çox nüfuz etdiyini demək isə artıqdır. Sadəcə, ətrafa nəzər salmaq kifayətdir. Plastik və polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir.

BAKU.WS