SİZİN REKLAM BURADA!
055 213 76 73



Qax rayonunda bəy və gəlin toy günü səsvermədə iştirak edib.

BAKU.WS "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, 112 saylı Qax seçki dairəsinin 2 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicilər, rayon sakinləri - Elgün Aydınov və Səadət Mövludzadə toy günündə mərasimdən əvvəl seçki məntəqəsinə gedərək səs veriblər.

Cütlüyün sözlərinə görə, toy günlərini daha da yaddaqalan etmək üçün bu günü seçiblər. Həm də bu gün Səadət Mövludzadənin doğum günüdür.

BAKU.WS