SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan üzrə seçicilərin sayı 5 milyon309 min 434-dür. Bunların 50, 78 faizi qadındır”.

BAKU.WS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçicilərin 49.22 faizi isə kişidir.

MSK sədri qeyd edib ki, məcburi köçkün seçicilərinin sayı 337 870 nəfərdir.

M.Pənahov onu da bildirib ki, Azərbaycanda ən yaslı secicinin 124 yasi var. Bu, 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi, 1894-cü il təvəllüdlü Allahverdiyə Səmərqə Gülməmməd qızıdır.

Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cu il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur.

BAKU.WS