SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış cərrah, mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailənin qızı olduğu məlum olub.

BAKU.WS xəbər verir ki, Səbinə, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.

1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq çalışıb.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.

Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.

Rəşad Əliyev
BAKU.WS