SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin "Rekordlar kitabı"na salına bilər.

Bunun üçün Azərbaycan Milli Elmər Akademiyası Fiziologiya İnstitutu işlər aparmağı planlaşdırır.


İnstitutun dosenti Sevinc Hüseynova deyir ki, hələ keçmiş dönəmlərdən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb. Onun sözlərinə görə, ölkəmizdə ən yaşlı sakinin 108 yaşı var. Bu, Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Abasovadır.

Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların "Rekordlar kitabın"a daxil edilməsi mümkün olmayıb.

Azərbaycanda uzunömürlülərin yaşlarını dəqiq təyin edilməsi üçün İnstitut tədqiqatlarını davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS