055 213 76 73
BAKU.WS xəbər verir ki, ulu nənənin 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var.
Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Üstəlik dərman da qəbul etməyib. Bu yaşına baxmayaraq indi də səhhətində problem yoxdur. Vəsmə nənə sadəcə gözləri zəiflədiyi üçün tikişlə məşğul ola bilmir.
Vəsmə Abbasovanın ana və bacıları da 90 ildən çox yaşayıblar.
Qadının pasportunda yaşı 106 göstərilsə də, Fiziologiya İnstitutunun tədqiqatları pasport yaşına əsasən aparılmayıb. Tədqiqat heyətinin üzvü olmuş Sevinc Hüseynova qeyd edir ki, yaşın dəqiqləşdirilməsi üçün xüsusi üsullardan istifadə ediblər.
Aparılmış psixofizioloji testlər də göstərib ki, 104 yaşlı qadının yaddaşında da heç bir problem yoxdur.
Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
BAKU.WS