SİZİN REKLAM BURADA!
055 213 76 73



Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində bu axşam daha bir maraqlı bölüm tamaşaçıları gözləyir.


Bu dəfə aparıcı dəniz kənarından sizləri salamlayacaq. Bu soyuq havada dənizdə çimən ahıl kişilər sizləri çox təəccübləndirəcək. 70 yaşlı Rafael dayının etirafları izləyənləri dəhşətə gətirəcək.

İllər öncə ağır xəstəliyə düçar olan adam özünü öldürmək üçün dənizə üz tutur. Belinə iplə daş bağlayıb özünü dənizə atan ağsaqqal bu dəfə ölməkdən canını qurtarmağa çalışıb. Və nə olursa bundan sonra olur...

Bu axşam saat 19:55-də Amil Xəlilin təqdimatında Space Tv-də "Olar? Olmaz"ı mütləq izləyin.

Telefonlarınızın çalar saatlarına qeyd edin ki, unutmayasız...

BAKU.WS