VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində telemkəkanda ilk dəfə olaraq pirlərdə baş verən gizli məqamlardan söhbət açılıb.

BAKU.WS-in məlumatına görə, Beşbarmaq pirində çəkilən görüntülər üzərindən yola çıxan verilişin komandası Siyəzən ərazisinə yola düşüb.

İnsanların daş parçalarını əllərində aparıb pirdə arzu tutmaqlarından danışan aparıcı, daha sonra nəzir qutularına yığılan pullardan da söhbət açıb.

Şərqşünas Seyid Camal isə bu cür halları qınadığını vurğulayıb. Aparıcı Amil Xəlilin "Bu hərəkətləri büdpərəstlik adlandırmaq olarmı?" sualına şərqşünas bəli cavabını verib.

Veriliş insanların böyük marağına səbəb olub. Dünən yayımlanan "Olar? Olmaz!" verilişini sizə təqdim edirik.

Bu gün axşam saat 19-55 də Space TV-də Amil Xəlilin təqdimatında verilişin Xızıdan olan buraxılışını izləyə bilərsiz...

BAKU.WS